
Suriya ərazi bütövlüyü və birlik prinsipi ilə daxili dialoqa əsaslanan siyasi həllə sadiqdir.
GunAz.az xəbər verir ki, bunu Suriyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Bassam Sabbah deyib.
Onun sözlərinə görə, bəzi dövlətlərin Suriyaya qarşı irəli sürdükləri israrlı tələblər regiona terrorizm, xaos, qeyri-stabillik və soyğunçuluqdan başqa heç nə gətirməyib. Sabbah BMT TŞ-nin daimi üzvü olan bəzi Qərb dövlətlərinin Suriyadakı saxta və qeyri-legitim vəziyyətin saxlanmasında maraqlı olduğunu deyib.




























