
Ukrayna hökuməti ABŞ Prezidenti Co Baydenin Ukrayna Prezidenti Vladimir Zelenski əvəzinə Vladimir Putinlə görüşmək qərarından inciməyib.
GunAz.az xəbər verir ki, bunu Ukraynanın eks-prezidenti Leonid Kravçuk deyib.
"Biz yaxşı başa düşürük ki, Baydenlə Putin təkcə Ukraynadakı situasiyaya görə görüşməyi planlaşdırmırdılar. Böyük dövlətlərdir. Onlar təkcə Ukrayna yox, həm qlobal problemlərə görə böyük məsuliyyət daşıyırlar”, – deyə o bildirib.



























