
İranın Ali lideri Əli Xamenei ali məhkəmənin sədri, yeni seçilmiş prezident İbrahim Rəisinin 5 min 156 məhkumun əfv edilməsi və ya cəzasının yüngülləşdirilməsini nəzərdə tutan təklifini təsdiqləyib.
Bu barədə İran mətbuatı məlumat yayıb.
İmam Rzanın mövlud günü və məhkəmə həftəsinə həsr edilən əfv qərarı dövlət cəza qurumları, inqilab məhkəmələri və silahlı qüvvələr məhkəmələri tərəfindən cəza verilmiş şəxslərə şamil olunub.



























