
Qazaxıstanın paytaxtı Nur-Sultanda koronavirusa qarşı peyvənd olunanlardan bir şəxsə lotoreya yolu ilə iki otaqlı mənzil hədiyyə ediləcək.
GunAz.az xəbər verir ki, bu barədə Nur-Sultanın şəhərinin meri Altay Kulginov açıqlama verib.
O bildirib ki, 25 iyun - 31 iyul tarixlərində peyvənd olunan 18 yaşını tamamlamış şəxs lotoreya oyunlarına qatıla biləcək.
Qeyd edək ki, Qazaxıstanda COVİD-19-a ən çox yoluxma göstəricisi məhz Nur-Sultandadır.