SON DƏQİQƏ
» » Çində vaksinasiya: ilk mərhələ yekunlaşdı...

Çində vaksinasiya: ilk mərhələ yekunlaşdı...

Tarix:

26-12-2020, 22:43

/ 1 378 dəfə oxundu.
Çində vaksinasiya: ilk mərhələ yekunlaşdı...

Çində yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinasiyanın ilk mərhələsi çərçivəsində xüsusi risk qrupundan olan şəxslərə peyvənd vurulmasına başlanılıb.

GunAz.az xəbər verir ki, əvvəlcədən elan olduğu kimi iki mərhələli vaksinasiya prosesinin ilk mərhələsində tibb işçiləri, xaricdən idxal edilən donmuş ərzaqların qəbulu məntəqələrində, o cümlədən yük limanlarında çalışanlara, gəmi və təyyarə heyəti üzvlərinə, ərzaq və meyvə-tərəvəz satıcılarına, ictimai nəqliyyatda çalışanlara və s. peyvənd vurulur. Bundan başqa, yoluxma sayı çox olan ölkələrə təhsil və iş məqsədilə səfər edənlər də birinci mərhələdə vaksinasiya olunacaqlar.

Peyvənd olunanlar allergik reaksiyaların olub-olmamasını dəqiqləşdirmək üçün saat yarım ərzində tibb məntəqəsində saxlanılır. Yaşı 18-59-dək olan və heç bir xroniki xəstəlikdən əziyyət çəkməyənlərə peyvənd vurulur. Həmin şəxslərə 2 həftədən sonra ikinci doza peyvənd vurulacaq.

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, iyul ayından bəri fövqəladə proqram çərçivəsində xüsusi risk qrupundan olan bir milyondan çox şəxsə COVİD-19-a qarşı peyvənd vurulub. Hələlik ciddi əks təsir qeydə alınmayıb.

Qeyd edək ki, Çin hökuməti ölkədə COVİD-19 infeksiyasına qarşı 2 mərhələdə vaksinasiya strategiyasını təsdiq edib. Birinci mərhələdə vaksinasiyanın qış-yaz dövründə başa çatması planlaşdırılıb. Peyvəndlər iri həcmdə bazara daxil olandan sonra ikinci mərhələ başlayacaq və bütün əhalinin vaksinasiyasına imkan yaranacaq.

Çin mütəxəssislərinin COVİD-19 infeksiyasına qarşı hazırladıqları peyvənd namizədlərindən hazırda beşinin 3-cü mərhələ kliniki sınaqları aparılır. "Sinopharm" şirkətinin 2, "Sinovac"ın bir peyvəndinə isə fövqəladə istifadəsi proqramı üçün icazə verilib. Hər 3 peyvənd təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksindir. Onların hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan, bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ