SON DƏQİQƏ
» » Fransa dekabr ayının sonunda vaksinasiyanın ilk mərhələsinə başlayacaq

Fransa dekabr ayının sonunda vaksinasiyanın ilk mərhələsinə başlayacaq

Tarix:

16-12-2020, 21:25

/ 1 248 dəfə oxundu.
Fransa dekabr ayının sonunda vaksinasiyanın ilk mərhələsinə başlayacaq

Fransa hakimiyyəti vaksinasiya proqramının ilk mərhələsinə dekabr ayının son həftəsində başlamaq niyyətindədir.

GunAz.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransa Baş naziri Jan Kasteks ölkənin Milli Assambleyasında Fransa əhalisinin vasksinasiyası problemlərinə dair dinləmədə çıxış edərkən bildirib.

Baş nazir qeyd edib ki, dekabrın 21-i Avropa Dərman Agentliyi (EMA) peyvənd istifadəsinə dair qərar verməlidir:

"Bunun üçün lazımi şərtlər yaransa, dekabrın son həftəsində Fransada vaksinasiyanın birinci mərhələsinə başlaya biləcəyimizə ümid edirik".

J.Kasteks əlavə edib ki, ilk mərhələdə COVID-19-a yoluxma riski ən çox olan 1 milyona yaxın insana peyvənd vurulacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ