
"Epidemiya ilə bağlı vəziyyət imkan verərsə, bu il təxminən 7 milyon rusiyalı turist Türkiyədə tətil edə bilər”.
GunAz.az xəbər verir ki, bunu Rusiya Turizm Sənayesi Birliyinin prezidenti Andrey İqnatyev deyib.
O bildirib ki, tur operatorları 22 iyundan etibarən rusiyalı turistləri Türkiyəyə göndərməyə hazırdır.
Rusiya Baş nazirinin müavini Tatyana Qolikova açıqlamasında Türkiyəyə bütün uçuşların iyunun 22-dən etibarən bərpa ediləcəyini vurğulayıb.




























