SON DƏQİQƏ

Ərdoğan Rəisini təbrik etdi

Tarix:

19-06-2021, 19:38

/ 3 652 dəfə oxundu.
Ərdoğan Rəisini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İbrahim Rəisini İranda keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Cənab Prezident, ölkənizdə keçirilən seçkilərdə qalib gəlməyiniz münasibətilə sizi ən səmimi hisslərimlə təbrik edirəm. Seçki nəticələrinin Türkiyəyə dost və qardaş olan İran xalqı üçün düşərli olmasını arzulayıram. İnanıram ki, prezidentliyiniz dövründə İran və Türkiyə arasındakı əlaqələr daha da inkişaf edəcək.

Bundan savayı, koronavirus pandemiyası bitdikdən sonra Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının qarşıdakı iclasında iştirak etmək üçün İrana səfər etməkdən məmnun qalacağam. Fürsətdən istifadə edərək yeni vəzifənizdə uğurlar arzulayıram”, - Ərdoğan bildirib.

скачать dle 12.1

Şərhlər