
İranın hazırkı Prezidenti Həsən Ruhani yeni Prezident seçilən Seyyid İbrahim Rəisi ilə görüşüb və ölkənin sayca 13-cü prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
Şənbə günü baş tutan görüş zamanı tərəflər vətəndaşların seçkilərdə iştirakı və bunun İran İslam Respublikasının rəhbərliyinə təsiri kimi məsələləri müzakirə ediblər.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına əsasən, prezident seçkilərində ümumilikdə 28 milyon 600 nəfər səsvermə hüququndan istifadə edib./qafqaz.info