SON DƏQİQƏ
» » İranın XİN rəhbərləri Türkiyədə səfərdədir- Nə müzakirə olunacaq?

İranın XİN rəhbərləri Türkiyədə səfərdədir- Nə müzakirə olunacaq?

Tarix:

18-06-2021, 11:38

/ 3 653 dəfə oxundu.
İranın XİN rəhbərləri Türkiyədə səfərdədir- Nə müzakirə olunacaq?

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyədə səfərdədir.

O, Antalya Diplomatiya Forumunda iştirak edəcək.

 

İran XİN rəhbəri Türkiyəyə səfəri zamanı Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdullah Abdullah ilə görüşüb və danışıqlar aparıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Zərifin türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə Antalya Diplomatiya Forumuna qatılacağını bildirib. Həmçinin qeyd edib ki, Zərif Foruma qatılan həmkarları və bir sıra yüksək səviyyəli rəsmilərlə görüşəcək və İran-Türkiyə-Əfqanıstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Qeyd edək ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Antalya Diplomatik Forumunun Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 18 iyunda başlayacağını və 20 iyuna qədər davam edəcəyini açıqlayıb.

Forumun əsas mövzusunun "Yenilikçi Diplomatiya: Yeni Dövr, Yeni Yanaşmalar” olduğunu söyləyən Çavuşoğlu, Forumu Dünya İqtisadi Forumu və Münhen Təhlükəsizlik Konfransı kimi digərlərindən fərqləndirən elementin diplomatiyanı diqqət mərkəzində saxlaması olduğunu qeyd edib.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyədə səfərdədir.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ