SON DƏQİQƏ
» » İsrail qırıcıları Qəzza zolağına zərbələr endirdi

İsrail qırıcıları Qəzza zolağına zərbələr endirdi

Tarix:

18-06-2021, 08:38

/ 2 692 dəfə oxundu.
İsrail qırıcıları Qəzza zolağına zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Qəzza zolağına hava zərbələri endirib.

GunAz.az TASS-a istinadla verdiyi məlumata görə, "Dunya Al Watan" radiostansiyası xəbər verib.

Məlumatda deyilir: «Hava hücumuna Beyt-Lahiya şəhərindəki "müqavimət fraksiyaları"nın mövqeləri məruz qalıb». Bomardımanın nəticələri barədə məlumat verilməyib.

Xatırladaq ki, 21 may tarixində İsrail və Fələstin qruplaşmaları arasında 11 gün davam edən qarşıdurmadan sonra atəşkəs qüvvəyə minib. Qəzza zolağının 256 sakini bu qarşıdurmanın qurbanı olub, təxminən 2 min nəfər yaralanıb. İsrail tərəfdən 13 nəfər ölüb.

скачать dle 12.1

Şərhlər