SON DƏQİQƏ
» » Rusiya və Türkiyəyə qarşı əks həmlə - Makronun planı deşifrə oldu

Rusiya və Türkiyəyə qarşı əks həmlə - Makronun planı deşifrə oldu

Tarix:

17-06-2021, 22:03

/ 1 298 dəfə oxundu.
Rusiya və Türkiyəyə qarşı əks həmlə - Makronun planı deşifrə oldu

Fransa Prezidenti Emmanuel Makron bir neçə gün əvvəl görüşdüyü amerikalı həmkarı Co Baydenə Parisin maraqlarına uyğun Liviya planı təqdim etdiyi iddia olunub.

GunAz.az xəbər verir ki, bu barədə "Politico” nəşri məlumat yayıb.

 

Nəşrin yazdığına görə, Makron Türkiyənin Liviyadan çıxarılması üçün Baydenə bir plan təqdim edib. Makronun təqdim etdiyi planda Rusiya və Türkiyə hərbi qüvvələrinin 6 ay müddətinə Liviyadan çıxarılması addımları yer alıb. İki səhifəlik təklifin bir neçə həftədir əlaqədar ölkələrin diplomatik dairələrində müzakirə olunduğu bildirilib.

"Politico”dakı xəbərə görə, Makronun məqsədi ABŞ-ın nüfuzundan istifadə edərək Fransanın istəmədiyi qüvvələri Liviyadan çıxarmaqdır.

Baydenin Fransanın son təklifini dəstəkləyib-dəstəkləmədiyi məlum deyil. Mənbə Amerika başçısının planı Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinlə müzakirə edib-etmədiyini yazmayıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ