SON DƏQİQƏ
» » Nikoldan ŞOK: mina xəritələrini Rusiya vasitəsilə vermişik

Nikoldan ŞOK: mina xəritələrini Rusiya vasitəsilə vermişik

Tarix:

14-06-2021, 22:20

/ 1 368 dəfə oxundu.
Nikoldan ŞOK: mina xəritələrini Rusiya vasitəsilə vermişik

Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistan hakimiyyəti minalanmış ərazilərin xəritəsini Rusiya sülhməramlı kontingentinin vasitəsilə verdi.

GunAz.az xəbər verir ki, bunu Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Artaşat şəhərindəki mitinqdə çıxışı zamanı deyib.

 

"Bəzi müxalifət nümayəndələri və KİV mina xəritələrinin mövcudluğunu Rusiyadan gizli saxladığımızı söyləyirlər. Bu, tamamilə absurddur, çünki buna qədər biz Azərbaycana minalanmış ərazilərin kiçik xəritələrini vermişik, bunu da Rusiya sülhməramlıları vasitəsilə etmişik”, – Paşinyan bildirib.

Paşinyan onu da əlavə edib ki, Rusiya Azərbaycanda olan erməni hərbçilərinin qaytarılmasında vasitəçilik səylərini davam etdirir:

"Rusiyanın səyi nəticəsində 50-dən çox əsirimiz qayıtdı”.

Qeyd edək ki, Ağdamın minalanmış ərazilərinin xəritəsini (97 min mina) Ermənistan Tiflisin vasitəşiliyi ilə Azərbaycana verib və 15 erməni diversantda Gürcüstan vasitəsilə qaytarılıb. Bununla bağlı Gürcüstan da rəsmi açıqlama ilə çıxış edib


скачать dle 12.1

Şərhlər