SON DƏQİQƏ

Çavuşoğludan Makronla bağlı AÇIQLAMA

Tarix:

10-06-2021, 08:58

/ 4 170 dəfə oxundu.
Çavuşoğludan Makronla bağlı AÇIQLAMA

Makron bizə zəng edərək, bir havadan müdafiə əleyhinə sistem verəcəklərini söylədi. Daha sonra münasibətlərimizdə gərginlik yarandı və bu qərardan imtina etdilər.

Bu açıqlama ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

"ABŞ bizə "Patriot" vermirsə, digər ölkələrdən də ala bilərik. Şərt deyil ki, "Patriot" olsun", - Çavuşoğlu söyləyib.

Ərdoğanla Makronun son söhbətinin kifayət qədər müsbət keçdiyini deyən Çavuşoğlu bir-iki məsələdə fikir ayrılığının olduğunu, lakin bu məsələlərdə də məsləhətləşmələrə başladıqlarını vurğulayıb:

"Liviya mövzusunda da fikir ayrılığımız var, ancaq Liviyadakı yeni hökumətdən sonra anlaşılmazlıqlar azalıb. Fransa bizimlə Afrika ilə bağlı da məsləhətləşmələr aparmaq istəyir.

Afrikaya Fransa ilə rəqabət üçün getmədik. Türkiyənin orada güclü bir aktor kimi görünməsi önəmlidir. İqtisadi münasibətlərimizi də gücləndirmək istəyirik. Bütün dünyada iqtisadi işbirliyimiz üçün çox iş görürük. Hazırda da Fransa ilə yüksək əhval-ruhiyyə var. Önümüzdəki dövrdə əlaqələrimizi inkişaf etdirəcəyik".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ