SON DƏQİQƏ

Şuşaya səfər edəcəyəm- Ərdoğan

Tarix:

9-06-2021, 15:03

/ 3 617 dəfə oxundu.
Şuşaya səfər edəcəyəm- Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Bu barədə Ərdoğan özü çıxışı zamanı bildirib. O, əlavə edib ki, səfər zamanı Şuşaya da gedəcək.

"Brüsseldəki proqramımızdan sonra Azərbaycana səfər edəcəyik. Səfər çərçivəsində Azərbaycanın paytaxtı Bakıda İlham Əliyev qardaşımızın qonağı olacağıq.

Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya ailəvi səfər edib həm rəsmi görüşlərimizi keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik”, - Ərdoğan bildirib.

Ərdoğan əlavə edib ki, dost və qardaş Azərbaycanın Türkiyənin də verdiyi dəstəklə işğal altında olan torpaqlarını azad etməsi Ermənistan da başda olmaqla bölgədəki bütün tərəflərə yeni imkanlar açır.

скачать dle 12.1

Şərhlər