
Almaniya Rusiyaya aviareyslərin ləğv edilməsinin səbəbini açıqlayıb.
GunAz.az xəbər verir ki, ölkənin Nəqliyyat Nazirliyindən verilən məlumatda uçuşların ləğvinə səbəb kimi Rusiya Hava Nəqliyyat Agentliyinin alman şirkətlərinə iyun ayında vaxtında icazə verməməsi göstərilib.
"Rusiya iyun ayında "Lufthansa” şirkətinin uçuşlarına vaxtında icazə vermədi, buna görə də qarşılıqlı reyslər ləğv edildi”, – məlumatda qeyd olunub.



























