SON DƏQİQƏ
» » İsrail ordusu Suriyanın hərbi obyektini məhv etdi

İsrail ordusu Suriyanın hərbi obyektini məhv etdi

Tarix:

2-06-2021, 08:24

/ 2 348 dəfə oxundu.
İsrail ordusu Suriyanın hərbi obyektini məhv etdi

Çərşənbə axşamı İsrail hərbçiləri Suriya ordusunun Holan yüksəkliklərindəki müşahidə məntəqəsini məhv ediblər.

GunAz.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avixay Edri bildirib.

O, qeyd edib ki, yəhudi dövlətinin suverenliyini pozulması cəhdlərinə heç bir cəhdlə dözməyəcəklər.

"İsrail ordusunun qüvvələri Suriya müşahidə məntəqəsinə hücum edib və onu partlayıcı qurğuların köməyi ilə partladıb. İsrail ordusu İsrailin dövlətinin suverenliyini pozulması ilə bağlı heç bir cəhdə dözməyəcək və öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üzrə işi davam etdirəcək", - Avixay Edrinin tvitterdə yayılmış bəyanatında deyilir.

скачать dle 12.1

Şərhlər