
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan vəzifəsindən ayrılır.
GunAz.az erməni mediasına istinadən xəbər verir ki, bunu Anna Naqdalyan özü deyib:
"Hörmətli həmkarlar, nəzərinizə çatdırmaq istərdim ki, artıq Ermənistan XİN-in mətbuat katibi vəzifələrini yerinə yetirmirəm.
Bu çətin və məsuliyyətli dövrdə səmərəli əməkdaşlıq və dəstəyə görə bütün media təmsilçilərinə, Xarici İşlər Nazirliyindəki tərəfdaşlarıma, komandama təşəkkür edirəm”.
Xuraman Etibarlı,
KONKRET.az




























