SON DƏQİQƏ
» » Bu faciə ilə bağlı addımlar atılmalıdır: Türkiyədən reaksiya

Bu faciə ilə bağlı addımlar atılmalıdır: Türkiyədən reaksiya

Tarix:

29-05-2021, 23:47

/ 1 609 dəfə oxundu.
Bu faciə ilə bağlı addımlar atılmalıdır: Türkiyədən reaksiya

Zolinqen faciəsinin səbəbləri yaxşı araşdırılıb lazım olan addımlar atılsaydı, arxasından oxşar hadisələr də yaşanmazdı.

GunAz.az xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran deyib.

O bildirib ki, Zolinqen faciəsinin səbəblərini hər şeydən əvvəl Almaniya rəsmiləri analiz etməlidir:

"Bu mövzuda lazım olan addımlar atılmalıdır. Çox təəssüf ki, atılmayan hər addım daha böyük faciəyə gətirib çıxara bilir. Həmin hadisədən 28 il ötüb. 28 il əvvəl faciə ilə bağlı lazım olan addımlar atılsaydı, bu gün Avropa cəmiyyəti İslam dini əleyhinə fikirlərə qapılmazdı. Bir daha Almaniyanın səlahiyyətli rəsmilərini bu mövzuda vicdanları rahatladan addımlar atmağa dəvət edirik”.

Xatırladaq ki, 28 il əvvəl Almaniyanın Zolinqen şəhərində türk ailənin yaşadığı ev fanatiklərin hücumuna məruz qalıb. Ev yandırılıb. Hadisə zamanı bir ailənin 5 üzvü həlak olub.


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər