SON DƏQİQƏ
» » Paşinyan Rusiyanın sərhədlə bağlı təklifini "yersiz" ADLANDIRDI

Paşinyan Rusiyanın sərhədlə bağlı təklifini "yersiz" ADLANDIRDI

Tarix:

20-05-2021, 10:12

/ 3 419 dəfə oxundu.
Paşinyan Rusiyanın sərhədlə bağlı təklifini "yersiz" ADLANDIRDI

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın Azərbaycanla sərhədin demarkasiyası təklifini yersiz hesab edib.

GünAz.az-ın məlumatına görə, Paşinyan bildirib ki, sərhəddəki vəziyyətin çətinləşməsi fonunda demarkasiya haqqında danışıqlar "yersiz aparılır”.

 

Qeyd edək ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif edib:

"İlkin razılaşmaya əsasən Rusiya tərəflərə sərhədin delimitasiyası və demarkasiyasına başlamaqda kömək göstərməyi təklif edib və Ermənistan-Azərbaycan Birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Rusiya bu komissiyada məsləhətçi, vasitəçi kimi iştirak edə bilər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ