SON DƏQİQƏ
» » Dövlət Departamenti Rusiyanı "təcavüzkar" adlandırdı

Dövlət Departamenti Rusiyanı "təcavüzkar" adlandırdı

Tarix:

21-04-2021, 09:07

/ 2 744 dəfə oxundu.
Dövlət Departamenti Rusiyanı "təcavüzkar" adlandırdı

"ABŞ Dövlət Departamenti Rusiyanı Rusiya-Ukrayna sərhədindəki vəziyyət kontekstində "təcavüzkar" olaraq qiymətləndirir və Kiyevin gərginliyə səbəb olan addımlar atdığına dair heç bir əlamət görmür”.

GunAz.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə axşamı bildirib.

"Açıq deyim: Rusiya bu vəziyyətdə təcavüzkardır. Ukraynanın təxribatlara və ya gərginliyə təhrik etdiyinə dair hər hansı bir əlamət görmədik. Gördüklərimiz, Ukraynanı hərəkətlərdə saxta ittiham etmək üçün hazırlanmış bir Rus dezinformasiya kampaniyasıdır. Bu, Kremlin törətdiyi həqiqətdir”, deyə Prays vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ