SON DƏQİQƏ

Ukraynadan Rusiyanı hiddətləndirən addım

Tarix:

25-08-2018, 23:02

/ 10 286 dəfə oxundu.
Ukraynadan Rusiyanı hiddətləndirən addım

Ukraynada Müstəqillik günü münasibətilə keçirilən hərbi paradda əsgərlər ABŞ və İngiltərə bayraqlarını dalğalandırıblar. 

GunAz.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirak etdiyi rəsmi mərasimdə ABŞ və İngiltərə bayraqlarının olması ölkədə böyük maraqla qarşılanıb.

Krım böhranından sonra Rusiya ilə münasibətləri pozulan Ukranya ilə bağlı Kreml hələlik heç bir açıqlama verməyib. Kremlin bu məsələyə münasibət bildirməməsi isə iki ölkə arasında yaşanacaq yeni gərginliyə işarət kimi qiymətləndirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ