
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
GunAz.az xəbər verir ki, görüşdə Əfqanıstanda baş verən son proseslər müzakirə edilib.
Bundan başqa, Türkiyədə keçirilməsi planlaşdırılan Əfqanıstanla bağlı iclas haqqında fikir mübadiləsi aparılıb.
Türkiyədəki iclasın Dohada Əfqanıstan hökuməti və Taliban arasında keçirilən sülh danışıqlarına dəstək olacağı, Əfqanıstanda sülh prosesinə yeni təkan verəcəyi bildirilib.