SON DƏQİQƏ

İstanbulda uğurlu ƏMƏLİYYAT

Tarix:

25-12-2020, 08:27

/ 2 847 dəfə oxundu.
İstanbulda uğurlu ƏMƏLİYYAT

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD və Əl-Qaidə terror təşkilatlarının fəaliyyətini deşifrə etmək üçün əməliyyat keçiriblər.
Avromedia.az "TRT Haber"ə istinadla xəbər verir ki, sözügedən terror təşkilatları ilə əlaqəsi olan 10 şübhəlini ələ keçirmək üçün 7 rayonda öncədən təyin edilən ünvanlara basqın edilib.
Xüsusi təyinatlı polislərin dəstək verdiyi əməliyyat nəticəsində çox sayda şübhəli şəxs saxlanılıb.
Nəzarətə götürülən şübhəlilər polis şöbəsinə aparılıblar.
скачать dle 12.1

Şərhlər