SON DƏQİQƏ

Türk əsgərləri Azərbaycandadır - Akar

Tarix:

22-12-2020, 19:07

/ 5 901 dəfə oxundu.
Türk əsgərləri Azərbaycandadır - Akar

Türkiyə Dağlıq Qarabağ ərazisində yerləşən monitorinq mərkəzinə hərbi heyətin 60 nümayəndəsini göndərib.

Bunu NTV telekanalının efirində Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib.

"Hazırda bizim heyətimizdən 60 nəfər Azərbaycandadır. Üç tərəf arasında mərkəzin tikintisi ilə bağlı bütün razılaşmalar əldə edilib, yalnız tikinti və heyətin yerləşdirilməsi ilə bağlı bir sıra məsələləri həll etmək qalıb. Bizim heyyət ruslarla bir yerdə işləyəcək. Onların orada qalma müddəti barədə biz Rusiya tərəfi ilə danışacağıq, bu mövzunu yenidən müzakirə edəcəyik", - deyə o bildirib.

Akarın sözlərinə görə, işlərə türk və rus generalları birgə rəhbərlik edəcəklər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ