SON DƏQİQƏ

İranın nüvə alimi öldürüldü

Tarix:

27-11-2020, 19:46

/ 5 937 dəfə oxundu.
İranın nüvə alimi öldürüldü

İranın nüvə fiziki Möhsün Fəxrizadə Tehran yaxınlığında öldürülüb.

Məlumat İran Müdafiə Nazirliyi tərəfindən təsdiq olunub. Alim nazirlik yanındakı araşdırma mərkəzinin rəhbəri kimi fəaliyyət göstərirdi.

"Fars” agentliyi Fəxrizadənin Damavənd rayonu yaxınlığında öldürüldüyünü bildirib. Agentlik sui-qəsddə 3-4 nəfərin iştirak etdiyini, hadisə yerində hətta partlayışın da baş verdiyini yazıb.

İranın Atom Enerjisi Təşkilatının rəsmisi Bəhruz Kamalvəndi isə açıqlamasında nüvə sənayesi üzrə işləyən bütün alimlərin yerində olduğunu bildirərək, faktı təkzib edib.

Sosial şəbəkələrin İran seqmentində hadisə yerindən fotolar yayılıb. Görüntülərdə alimə məxsus olduğu bildirilən avtomobildə güllə izləri açıq-aydın görünür.

 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ