
Ermənistan prezidenti Armen Sarkisyan, erməni xalqına mesajında Baş nazir Nikol Paşinyanın getməsinin lazım olduğunu bildirib.
GunAz.az xəbər verir ki, Sarkisyan parlament və parlamentdən kənar qüvvələrlə, ictimai qruplarla və ayrı-ayrı şəxslərlə bir neçə dəfə görüşdüyünü və diaspora nümayəndələri ilə telefon danışıqları apardığını söyləyib.
Nəticədə məlum olub ki, mütləq əksəriyyət bir məsələdə razılaşır – hökumətin istefası və növbədənkənar parlament seçkiləri lazımdır.