SON DƏQİQƏ
» » Ukrayna XİN Azərbaycanın konsulluğuna hücumu qınadı

Ukrayna XİN Azərbaycanın konsulluğuna hücumu qınadı

Tarix:

8-11-2020, 10:19

/ 4 472 dəfə oxundu.
Ukrayna XİN Azərbaycanın konsulluğuna hücumu qınadı

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri konsuluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qəti şəkildə qınayır.

Bu barədə Report Ukrayna XİN-nin bəyanatına istinadən xəbər verir.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları tərəfindən lazımi təhqiqat tədbirləri başladılıb: "Bunu törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Qeyd edək ki, Noyabrın 7-si gecə saatlarında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğu silahlı hücuma məruz qalıb.

 

скачать dle 12.1

Şərhlər