SON DƏQİQƏ

Tramp Sudanı terror siyahısından çıxartdı

Tarix:

27-10-2020, 10:03

/ 3 912 dəfə oxundu.
Tramp Sudanı terror siyahısından çıxartdı

ABŞ Prezidenti Donald Tramp Sudanı beynəlxalq terrorizmin sponsorları siyahısından çıxarıb.

Bu məlumatı Ağ Evin Mətbuat Xidməti yayıb. Sudanın yarım il ərzində beynəlxalq terrorizm aktlarına heç bir dəstək vermədiyi bildirilib.

Həmçinin Sudan hakimiyyətinin gələcəkdə beynəlxalq terrorizmi dəstəkləməyəcəyinə dair öhdəlik götürdüyü vurğulanıb.

Qeyd edək ki, bir müddət öncə Tramp Sudanın yeni hökumətinin terror qurbanları olan amerikalılara və onların ailələrinə 335 milyon dollar məbləğində təzminat ödəməyi qəbul etdiyi üçün bu ölkəni terror siyahısından çıxaracağını açıqlamışdı.

скачать dle 12.1

Şərhlər