SON DƏQİQƏ

ABŞ Şimali Koreyanı QARA SİYAHIYA saldı

Tarix:

21-11-2017, 07:23

/ 904 dəfə oxundu.
ABŞ Şimali Koreyanı QARA SİYAHIYA saldı

Rəsmi Vaşinqton Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına əlavə edib.

Gunaz.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

"Bu, Şimali Koreyaya qarşı daha çox sanksiyaların tətbiqinə səbəb olacaq", deyə Tramp bildirib.

Qeyd edək ki, 2008-ci ildə ABŞ Dövlət Departamenti Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarıb.

Beləliklə, hazırda terrorizmi dəstəkləyən dövlətlər siyahısında 4 ölkənin adı var: İran, Sudan, Suriya və Şimali Koreya. (apa)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ