SON DƏQİQƏ
» » Sudan hökuməti sabiq prezidenti beynəlxaq məhkəməyə təhvil verməyə razı olub

Sudan hökuməti sabiq prezidenti beynəlxaq məhkəməyə təhvil verməyə razı olub

Tarix:

12-02-2020, 18:10

/ 1 289 dəfə oxundu.
Sudan hökuməti sabiq prezidenti beynəlxaq məhkəməyə təhvil verməyə razı olub

Sudanın yeni hökuməti devrilmiş sabiq prezident Ömər əl-Bəşiri beynəlxalq məhkəməyə təhvil verməyə razılıq verib.

GunAz.az xəbər verir ki, bu barədə Sudanın "Keçid Şurası"nın rəsmi mənbələri məlumat veriblər.

Bildirilib ki, Sudan hökumətilə "Darfur üsyançıları" arasında razılıq əldə edilərsə hökumət sabiq prezident Ömər əl-Bəşiri 3 nəfər digər rəsmilə birgə Beynəlxalq Cinayətlər Məhkəməsinə verə bilər.

Beynəlxaq Cinayətlər Məhkəməsi bundan öncə Sudanın yeni hökumətindən həbsdə olan Sudan prezidentinin təhvil verilməsini istəyib.

Sudan prezidenti 2009-cu ildə Beynəlxalq Cinayətlər Məhkəməsi tərəfindən Darfurda qətliamın törədilməsilə bağlı təqsirləndirilib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ