SON DƏQİQƏ
» » Sudan qüvvələri Yəmən sahillərini tərk edirlər - KİV

Sudan qüvvələri Yəmən sahillərini tərk edirlər - KİV

Tarix:

8-10-2019, 20:40

/ 1 290 dəfə oxundu.
Sudan qüvvələri Yəmən sahillərini tərk edirlər - KİV

Sudanlı qüvvələr Yəmənin Ədən şəhərinin şimalında yerləşən əl-Ənəd hərbi qərargahını tərk ediblər.

GunAz.az  xəbər verir ki, bu barədə Yəmənin bir hərbi mənbəsi Almasdaronline.com-a məlumat verib.

Bildirilib ki, Ədəndə yerləşdirilən Sudanın hərbi qüvvələri əz-Zeyt limanında gedərək, gəmilərlə başqa yerə daşınıblar.

Hərbi mənbə Sudan qüvvələrinin hərəkət istiqamətinin dəqiqləşmədiyini bildirib.

Qeyd edək ki, on minlərlə Sudan hərbi qüvvəsi 2015-ci ildən Səudiyyə Ərəbistanın hərbi koalisiyası çərçivəsində husilərlə döyüşə qatılıblar.

Sudan qüvvələri Səudiyyə hərbi koalisiyası tərkibində ən çox itki verən xarici ölkə qüvvələridir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər