SON DƏQİQƏ
» » Husilər Nəcrana bir neçə ballistik raket atıblar - Səudiyyənin havadan müdafiəsi cavab verib

Husilər Nəcrana bir neçə ballistik raket atıblar - Səudiyyənin havadan müdafiəsi cavab verib

Tarix:

3-09-2019, 17:50

/ 1 977 dəfə oxundu.
Husilər Nəcrana bir neçə ballistik raket atıblar - Səudiyyənin havadan müdafiəsi cavab verib

Husilər və onlarla müttəfiq olan Yəmən Ordusu Səudiyyə Ərəbistanın cənubunda Nəcran şəhərinin hava limanı istiqamətində bir neçə ballistik raket atıblar.

GunAz.az  xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin (qərargahı paytaxt Sənada yerləşir) mətbuat katibi briqada generalı Yəhya Səri rəsmi twitter səhifəsində məlumat verib.

Bildirilib ki, Yəmən SQ Səudiyyə Ərəbistanın hücumlarına cavab olaraq, Nəcran şəhərində yerləşən hava limanını bir neçə "Bədr-1" ballistik raketilə hədəfə alıb.

Briqada generalı Y.Səri bu hücumların Nəcran hava limanında dağıntılar törədtdiyini bildirib.

Eyni zamanda Səudiyyə mənbələri havadan müdafiə sistemlərinin işə düşdüyünü və Yəməndən atılan raketləri vurduğunu bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanın hərbi koalisiyası ötən həftənin cümə günü Yəmənin Zimar əyalətində bir həbsxananı bombalayıb. Burada olan 173 məhbusdan 102-i ölüb, qalanı isə yaralanıb. Səudiyyə Ərəbistanı bu hücumda husilərin hərbi mövqeyini vurduğunu iddia etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ