SON DƏQİQƏ
» » Hökumət qüvvələri Yəmənin Şəbva əyalətinin bütün rayonlarını separatçılardan gerı alıb

Hökumət qüvvələri Yəmənin Şəbva əyalətinin bütün rayonlarını separatçılardan gerı alıb

Tarix:

26-08-2019, 19:35

/ 1 877 dəfə oxundu.
Hökumət qüvvələri Yəmənin Şəbva əyalətinin bütün rayonlarını separatçılardan gerı alıb

Səudiyyə Ərəbistanın dəstəklədiyi Yəmən hökumətinin qüvvələri Şəbva əyalətinin bütün rayonlarını Birləşmiş Ərəb Əmirliyinin dəstəklədiyi separatçı qüvvələrdən geri alıb.

GunAz.az  əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, Yəmən hökumətinin qüvvələri (müvəqqəti paytaxtı Ədən şəhəridir) Şəbva əyalətinin bütün rayon və qəsəbələrini o cümlədən strateji İtq rayonunu və burada yerləşən hərbi qərargahları separatçı "Cənubun Keçid Şurası" qüvvələrindən geri alıb.

Məlumata görə separatçıların bir sıra qüvvələri o cümlədən "Şəbva çevik qüvvələrinin altıncı briqadası" separatçılardan ayrılaraq, hökumət qüvvələrinin sıralarına keçdiyini elan ediblər.

Hazırda Yəmənin cənubunda müvəqqəti hökumətlə (prezident Abdu-Rabbih Mansur Hadi Səudiyyədədir) separatçı "Cənubun Keçid Şurası" qüvvələrinin döyüşləri Ədəndə, Təiz və Əbyən əyalətlərində davam edir.

Səudiyyə Ərəbistanı və BƏƏ-nin qarşıdurmalarla bağlı təşkil etdiyi birgə komissiya tərəfləri döyüşləri dayandırmağa və vahid cəbhə təşkil edərək, husilərə qarşı döyüşməyə çağırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ