SON DƏQİQƏ
» » Sudan Yəməndə qalan hərbi qüvvələrinin sayını açıqlayıb

Sudan Yəməndə qalan hərbi qüvvələrinin sayını açıqlayıb

Tarix:

9-12-2019, 18:10

/ 1 764 dəfə oxundu.
Sudan Yəməndə qalan hərbi qüvvələrinin sayını açıqlayıb

Sudan Yəməndəki hərbi qüvvələrinin sayının 15 mindən 5 minə endirildiyini bildirib.

GunAz.az xəbər verir ki, bunu Sudanın yeni baş naziri Abdullah Hamduk deyib.

ABŞ səfərindən dönən Sudan baş naziri bildirib ki, Yəməndəki hərbi qüvvələrin sayı 15 mindən 5 minə endirilib və dövlət yerdə qalan qüvvələri də Yəməndən çıxarmaq niyyətindədir.

Abdullah Hamduk Yəmən münaqişəsinin həlli yolunun hərbi olmadığını bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. Sudan da Səudiyyə Ərəbistanı hərbi koalisiyasına qoşulub.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ