SON DƏQİQƏ
» » Psixoloq it və pişik saxlayan insanların xarakter fərqlərindən danışdı

Psixoloq it və pişik saxlayan insanların xarakter fərqlərindən danışdı

Tarix:

Bu gün, 17:08

/ 2 346 dəfə oxundu.
Psixoloq it və pişik saxlayan insanların xarakter fərqlərindən danışdı

İt və pişik sahiblərinin xarakter xüsusiyyətləri arasında müəyyən fərqlər mövcuddur. Psixoloqların araşdırmalarına görə, it saxlayanlar daha intizamlı və ünsiyyətdə daha qətiyyətli olduqları halda, pişik sahibləri daha narahat xarakterli olur və münaqişələrdən yayınmağa üstünlük verirlər.
GunAz.az xəbər verir ki, bu barədə psixologiya üzrə fəlsəfə doktoru, RTU MİREA İdarəetmə Texnologiyaları İnstitutunun Humanitar və Sosial Elmlər kafedrasının dosenti Yelena Şpaqina gazeta.ru-ya danışıb.
Onun sözlərinə görə, orta statistik it sahibi adətən ekstravert, enerjili, nizam-intizamı sevən və ətraf mühitlə aktiv ünsiyyətə meyilli insandır. Pişik sahibləri isə daha çox introvert olur, şəxsi məkanına və sakitliyə üstünlük verir, özünü təhlil etməyə və yumşaq ünsiyyət qurmağa meylli olurlar.
Psixoloq heyvanları sevməyən insanlarla bağlı da fikirlərini bölüşüb. O bildirib ki, heyvanları sevməmək özlüyündə təhlükəli psixoloji xüsusiyyət və ya psixopatiya əlaməti hesab edilmir. Lakin bu hal qəddarlıq, empatiyanın olmaması və manipulyativ davranış kimi digər xüsusiyyətlərlə birlikdə müşahidə olunarsa, emosional soyuqluğun göstəricilərindən biri ola bilər.
Yelena Şpaqina qeyd edib ki, həm it, həm də pişik saxlayan insanlar bir çox xüsusiyyətlərinə görə it sahiblərinə daha çox bənzəyirlər. Onun fikrincə, bunun səbəbi itin saxlanılmasının daha aktiv həyat tərzi və əlavə məsuliyyət tələb etməsidir.
Mütəxəssis əlavə edib ki, it sahiblərinin daha aqressiv olması barədə fikirlər birmənalı deyil. Onlar daha çox qətiyyətli və birbaşa ünsiyyət qururlar ki, bu da bəzən aqressivlik kimi qiymətləndirilir. Bəzi tədqiqatçılar isə bunu liderlik keyfiyyətləri və yüksək sosial aktivliklə əlaqələndirirlər. Pişik sahibləri isə əksinə, birbaşa qarşıdurmadan qaçmağa və problemləri daha yumşaq üsullarla həll etməyə üstünlük verirlər.
скачать dle 12.1

Şərhlər