SON DƏQİQƏ
» » Fransada terror təşkilatı dərsliyə salındı - Türkiyədən SƏRT ETİRAZ

Fransada terror təşkilatı dərsliyə salındı - Türkiyədən SƏRT ETİRAZ

Tarix:

7-09-2020, 08:47

/ 3 476 dəfə oxundu.
Fransada terror təşkilatı dərsliyə salındı - Türkiyədən SƏRT ETİRAZ

Fransada məktəblilər üçün nəzərdə tutulmuş coğrafiya dərsliyində PKK terror təşkilatı barədə məlumatlar yer alıb. Amma dərslikdə PKK əraziyə nəzarət edən siyasi təşkilat kimi təqdim olunub.

GunAz.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

"Bu, Fransanın yürütdüyü siyasətin nəticəsidir. Fransa xarici siyasətdə hər məsələdə Türkiyəyə qarşı mövqe tutur və tarixi təhrif edir. Bu, narahatlıq doğuran haldır. Fransızlar Suriyanın ərazi bütövlüyü üçün həyata keçirdiyimiz terrorla mübarizə fəaliyyətlərimizi işğal kimi qiymətləndiriblər. Biz öz əməliyyatlarımızla onların terror dövləti yaratmaq planlarına zərbə vurmuşuq. Fransanın məlum ittihamlarının arxasında bu durumdan qaynaqlanan bir xəyal qırıqlığı var”, – H.Aksoy bildirib.Konkret.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ