SON DƏQİQƏ
» » Türkiyə ABŞ-ın PKK ilə bağlı qərarını alqışlayıb

Türkiyə ABŞ-ın PKK ilə bağlı qərarını alqışlayıb

Tarix:

2-03-2019, 18:40

/ 10 233 dəfə oxundu.
Türkiyə ABŞ-ın PKK ilə bağlı qərarını alqışlayıb

"Türkiyə ABŞ-ın terrorçu PKK qruplaşması ilə bağlı qərarını alqışlayır".

"Hurriyet" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

"ABŞ Dövlət Departamenti 1997-ci ildə terror qruplaşması kimi tanıdıqları PKK-nın xarici terror təşkilatları siyahısında qalacağını bəyan edib. Dövlət Departamentinin açıqlamasında PKK-ya qarşı mübarizənin qərarlı formada davam edəcəyi vurğulanıb. Biz də bunu alqışlayırıq. Müttəfiqimiz ABŞ-dan eyni yanaşmanı PKK-nın bölgədəki qolları olan YPG-PYD qruplaşmalarına qarşı da göstərməsini gözləyirik", - XİN rəsmisi deyib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin martın 1-də yaydığı bəyanatda PKK-nın terrorçu qruplaşmalar siyahısında qalacağı bildirilib.(report.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ