SON DƏQİQƏ
» » Yunan müşavir Türkiyə açıqlamasına görə istefa verdi

Yunan müşavir Türkiyə açıqlamasına görə istefa verdi

Tarix:

20-08-2020, 08:26

/ 3 381 dəfə oxundu.
Yunan müşavir Türkiyə açıqlamasına görə istefa verdi

Yunanıstan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Aleksandros Diakopoulos Türkiyə ilə bağlı açıqlamasından sonra istefaya gedib.

GunAz.az xəbər verir ki, müşavir açıqlamasının yanlış anlaşıldığını və hökumət üçün problem yaratdığını bildirib.

"Belə bir niyyətim əsla yox idi. İllərdir ölkəmə xidmət etdim və hər zaman məsuliyyətli olmağı öyrəndim. Bu səbəbdən Baş nazirin milli təhlükəsizlik müşaviri vəzifəsindən istefa verirəm”, - deyə Diakopoulos bildirib.

Qeyd edək ki, A.Diakopoulos Türkiyənin "Oruc Rəis” gəmisinin Yunanıstanın ərazi sularında araşdırma apardığını və bölgəni işarələdiyini bildirmişdi.Axar.az

скачать dle 12.1

Şərhlər