
Suriyanın hava hücumundan müdafiə sistemləri Dəməşq bölgəsindəki zərbələrə görə aktivləşib.
GunAz.az xəbər verir ki, hücum Dəməşqin cənub-qərb əyalətində yerləşən kənd ərazisinə edilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.
İsrail Müdafiə Nazirliyi isə qırıcı, helikopter və PUA-lar vasitəsi ilə Suriyanın cənubundaki hədəflərə zərbələr endirdiyini açıqlayıb.