SON DƏQİQƏ

İrandan Ukraynaya təzminat- TƏYYARƏYƏ GÖRƏ

Tarix:

31-07-2020, 08:30

/ 1 206 dəfə oxundu.
İrandan Ukraynaya təzminat- TƏYYARƏYƏ GÖRƏ

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Tehran Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Ukraynaya təzminat ödənilməsinə razılıq verib.

GunAz.az xəbər verir ki, bu barədə "IRNA” agentliyi xəbər verib.

"İran təyyarəyə görə təzminat ödəməyə razılıq verib, lakin bu məsələnin reallaşması vaxt aparacaq və texniki və hüquqi baxımdan müxtəlif aspektlərə malikdir”, - XİN-də bəyan ediblər.

Qeyd edək ki, Ukrayna Beynəlxalq Hava Yollarının təyyarəsi yanvarın 8-də Tehran aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra vurulmuşdu. Hadisə nəticəsində 176 nəfər vəfat etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ