Səudiyyə Ərəbistanında koronavirus pandemiyası səbəbilə tətbiq olunan ciddi karantin rejimi mərhələli şəkildə ləğv olunur.
Ölkənin Daxili İşlər Nazirliyi bunu iki mərhələdə həyata keçirəcəklərini açıqlayıb.
Belə ki, mayın 31-dən başlayaraq Məkkəyə giriş-çıxışa müəyyən saatlarda – 06:00-dan 15:00-a qədər icazə veriləcək. Mayın 31-dən başlayan bu ilkin mərhələ 3 həftə davam edəcək.
İyunun 21-dən sonra başlayan ikinci mərhələdə isə sakinlər saat 06:00-dan 20:00-a qədər küçəyə çıxa biləcəklər.
Gözəllik salonları və bərbərxanalarla bağlı məhdudiyyətlər isə hələ ki, qüvvədə saxlanılacaq. Toy və yas mərasimlərində isə 50-dən artıq adamın iştirakına qadağa qoyulub.