İranda bu tarixdən sonra karantin rejimi yumşaldılacaq
Tarix:
11-05-2020, 22:20
/ 1 299 dəfə oxundu.
Ramazan ayından sonra İranda məscidlər, ziyarətgahlar, restoran və bərbərxanaların fəaliyyəti bərpa ediləcək.
GunAz.azxəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bildirib.
Onun sözlərinə görə, ilk növbədə əhalinin testdən keçirilməsi proqramı davam etdiriləcək. Hələlik gündə 30 min nəfərin testdən keçirilməsi mümkündür. Hökumət gün ərzində test edilənlərin sayını 50 minə çatdırmağı planlaşdırır. Eyni zamanda əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində hazırladığı proqramı həyata keçirməyə başlayacaq. İqtisadi sanksiyalar və koronovirus pandemiyasını ölkə iqtisadiyyatına olduqca mənfi təsir göstərir. Lakin buna baxmayaraq, aztəminatlı ailələrə yardımlar ediləcək.
Məktəblərin açılmasından danışan Ə. Rəbbi bildirib ki, ramazan ayı başa çatandan sonra, orta və ali məktəblər açılacaq. Lakin valideynlər uşaqlarını məktəbə göndərməkdə sərbəst olacaqlar. Əgər təhsilini evdə davam etdirmək imkanı olanlar varsa, onlar məktəbə getməyə bilər. Bu ali məktəblərə də şamil ediləcək.