SON DƏQİQƏ

İrandan ermənistana SƏRT REAKSİYA

Tarix:

7-05-2020, 16:58

/ 2 753 dəfə oxundu.
İrandan ermənistana SƏRT REAKSİYA

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü 6 may 2020-ci il tarixində mətbuat konfransında Ermənistanın Tel-Əvivdə səfirlik açmaq istəyi ilə bağlı ona ünvanlanmış sualı cavablandırıb.

GunAz.az xəbər verir ki, "İran İslam Respublikasının Ermənistanın Tel-Əvivdə səfirlik açmaq istəyinə reaksiyası necədir?”, sualına nazirliyin sözçüsü cavab verib.

"Biz həmişə sionist rejimin qəsbkar və cinayətkar bir rejim olaraq işğalçı mahiyyətini və onun qanunsuzluğunu digər ölkələrə xatırlatmış və sionistlər üçün ən kiçik qanuniliyə səbəb olacaq hər hansı bir hərəkətlə əlaqədar narahatlığımızı bildirmişik.

Bu narahatlığımız Tel-Əvivdə səfirlik açmaq istəyini elan edən Ermənistana da çatdırılmışdır. Ümidvarıq Ermənistan dövləti bu qərarını yenidən nəzərdən keçirəcək”, – deyə nazirliyin sözçüsü qeyd edib.

Mərdan DOLĞUN


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ