Gunaz.az xəbər verir ki, Zaxarova brifinqdə erməni jurnalistin Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı sualına "Azərbaycanda prezident seçkiləri bu suveren ölkənin daxili işidir"-cavabını verib.
M. Zaxarova bildirib ki, seçkilərin motivasiyası, formatı və səbəbləri ilə bağlı ilk növbədə Azərbaycan hökumətinə müraciət edilməlidir: “Azərbaycan hökuməti də bunu artıq şərh edib”.
Rusiyalı diplomat Azərbaycan və Rusiya arasında humanitar dialoq məsələsinə də toxunub: "Rusiya və Azərbaycan arasında humanitar dialoq mükəmməl şəkildə inkişaf etdirilir".
M. Zaxarova deyib ki, bu istiqamətdə bir sıra konsertlər, sərgilər təşkil olunur, müxtəlif mədəni mübadilələr aparılır: “Biz Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin 25 illiyini həm Xarici İşlər Nazirliyinin, həm də səfirliklərimizin xətti ilə qeyd etdik. Bizim insanlarımızı bir-birinə ortaq tarix, mədəniyyət və ənənələr bağlayır".