SON DƏQİQƏ
» » “İsraildə səfirlik açılsa...” – İrandan Ermənistana şok xəbərdarlıq

“İsraildə səfirlik açılsa...” – İrandan Ermənistana şok xəbərdarlıq

Tarix:

27-09-2019, 16:50

/ 4 030 dəfə oxundu.
“İsraildə səfirlik açılsa...” – İrandan Ermənistana şok xəbərdarlıq

Ermənistan hökumətinin İsraildə səfirlik açması qərarı Yaxın Şərqdəki erməni icmalarında, xüsusən Livan və Suriyada, eləcə də İranda ciddi narazılığa səbəb olub.

GunAz.az  xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Jamanak" qəzeti yazıb.

Qəzet iddia edir ki, bu ölkələrdəki erməni partiyaları və icma strukturları rəsmi İrəvanın bu qərarına necə reaksiya verməklə bağlı məsləhətləşmələr aparırlar:

"Bu ölkələrin erməni icmaları Ermənistan və İsrail arasında diplomatik əlaqələrin qurulmasının bu ölkələrin hakimiyyət orqanlarının onlara qarşı müsbət münasibətini dəyişdirə biləcəyindən narahatdır".

Xatırladaq ki, sentyabrın 19-da Ermənistan hökumətinin İsraildə səfirlik açmaq qərarına gəlməsi haqda məlumat yayılıb. Nazirlər Kabinetində təqdim olunan əsaslandırmaya görə, Ermənistan-İsrail ikitərəfli münasibətlərinin davamlı inkişafını təmin etmək üçün 2019-cu ilin sonuna və ya 2020-ci ilin əvvəlinə qədər Tel-Əvivdə Ermənistan səfirliyini açmaq lazımdır.

Ermənistan Respublikası ilə İsrail dövləti arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub, lakin indiyə qədər daimi səfirliklərin açılması mübadiləsi baş verməyib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ