SON DƏQİQƏ

Ermənistan Ərdoğandan kömək istəyib?

Tarix:

13-04-2020, 18:19

/ 2 088 dəfə oxundu.
Ermənistan Ərdoğandan kömək istəyib?

Ermənistan Türkiyədən koronavirusla mübarizədə tibbi yardım istəməyib.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan deyib.
Nağdalyan Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının Ermənistanın Türkiyədən yardım istəməsi ilə bağlı açıqlamasına belə cavab verib:
"Qeyd etdiyimiz kimi, Ermənistan çətin vəziyyətdə olan vətəndaşlarımızı, xüsusən də yeni növ koronavirus epidemiyasının geniş yayıldığı ölkələrdən geri qaytarmaq üçün ardıcıl səy göstərir. Bu məzmunda qeyd etməliyəm ki, Türkiyədə olan və qayıtmaq arzusunu bildirən 73 vətəndaşımız cümə günü artıq Ermənistana daşınıb. Bu məsələ ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi dairələri Türkiyə və Gürcüstanın müvafiq qurumları ilə əməkdaşlıq etdi. Türkiyə tərəfi ilə əməkdaşlıq yalnız bu çərçivə ilə məhdudlaşdı və Ermənistan bu çərçivədən kənar heç bir dəstək istəməyib”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ