SON DƏQİQƏ
» » Ən pis 2 variant: Ya “Böyük qardaş” gəlir, ya da...

Ən pis 2 variant: Ya “Böyük qardaş” gəlir, ya da...

Tarix:

8-04-2020, 08:34

/ 3 393 dəfə oxundu.
Ən pis 2 variant: Ya “Böyük qardaş” gəlir, ya da...

Koronavirus və neft qiymətləri ilə əlaqədar yaranan böhrandan keçmiş SSRİ dövlətləri zəifləmiş çıxacaq.
 Axar.az xəbər verir ki, bu iddia ilə Polşa mediası çıxış edib.
"Ən pisi odur ki, dünyanın bu uzaq və preferiya hesab edilən ölkələrə marağı əhəmiyyətli dərəcədə azalacaq. Onları yaxın illərdə hansı taleni gözlədiyi böyük ehtimalla regional güclərin böhranı necə yaşayacaqlarından asılı olacaq. Söhbət daha çox Çin və Rusiya, daha az isə Türkiyə və Hindistandan gedir. Əgər böyük oyunçular böhranın öhdəsindən SSRİ-nin xarabalıqlarından çıxan dövlətlərdən yaxşı gəlsələr, ikincilərin müstəqillik tarixi gözlənilmədən bitə bilər. İki variant mümkündür: Ya Polşadan şərqdə destabilizasiya zonası yaranacaq, ya da "Böyük qardaş” Polşa sərhədlərinə yaxınlaşacaq”, – deyə məqalədə bildirilib.
скачать dle 12.1

Şərhlər