SON DƏQİQƏ

Türkiyəyə dəstək veririk - Stoltenberq

Tarix:

9-03-2020, 22:27

/ 883 dəfə oxundu.
Türkiyəyə dəstək veririk - Stoltenberq

İdlibdəki atəşkəs davam edir və əvvəlki günlərə nisbətən gərginliyin azaldığını gördük. Türkiyə buradakı gərginliyə ən çox məruz qalan ölkədir. Bu hadisələr başqa heç bir müttəfiqimizə bu qədər təsir göstərməyib.

GunAz.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.

“Türkiyəyə havadan və dənizdən dəstək veririk. NATO daha öncə 5 milyardlıq yardım edib. Türkiyə uzunmüddətli həllin tapılmasında üzərinə düşən vəzifəni yerinə yetirməlidir NATO da bundan sonra üzərinə düşən rolu oynamağa davam edəcək”, - Stoltenberq bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ