SON DƏQİQƏ
» » Süleymaninin intiqamı mülki şəxslərdən alınır – Şok görüntü

Süleymaninin intiqamı mülki şəxslərdən alınır – Şok görüntü

Tarix:

5-02-2020, 11:57

/ 1 340 dəfə oxundu.
Süleymaninin intiqamı mülki şəxslərdən alınır – Şok görüntü

İrana bağlı silahlı terrorçu qruplar ABŞ tərəfindən öldürülən general Qasım Süleymaninin adının yazıldığı raketlərlə Suriyada mülki insanları vurur.

Teleqraf.com xəbər verir ki, terrorçu qrupların sosial media hesablarında yayımladığı görüntülədə Hələbin Xan-Tuman bölgəsini raketlərlə hədəfə aldığı bəlli olub.

Görüntülərdə bir raketin üzərində ABŞ-ın İraqa hava hücumu nəticəsində öldürdüyü Qasım Süleymanin adının yazıldığı qeydə alınıb.

Ən qəribəsi budur ki, bu raketlərlə Suriyada mülki insanlar hədəfə alınır.

Qeyd edək ki, Suriyada İrana bağlı böyük silahlı qüvvələr var və onlar olduqca güclüdür.

Livan Hizbullahı, Suriya Hizbullahı, Bədir Ordusu, Fatmiyyun, Zeynəbiyyun, Seyid Ruqiyə briqadaları, Katai İmam Ali, Abul Fazl Taboru, Kitabi Hizbullah, İraq Hizbullah, Çeys-ül şabi, Ebi Fadil Abbas briqadası, Zülfüqar briqadası, İbn Yasir briqadası və İraq şiə milis qrupları İrana bağlı silahlı qüvvələr hesab olunur.

Suriyada Əsəd rejimi ilə birlikdə hərəkət edən və İran tərəfindən dəstəklənən qruplar isə əsasən Hələb, Dəməşq, Hama və Deyrezorda mövqe tutur.

скачать dle 12.1

Şərhlər